Главная > Cəmiyyət > "Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib


28-06-2023, 15:45. Разместил: azadses
"Bakcell" şirkəti Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində, "Bakcell" şirkəti şəhid və qazi ailələrinə baş çəkib, onlara şirkət adından bayram sovqatları verilib.

Beləliklə, "Bakcell" tərəfindən 170-dən çox şəhid və qazi ailəsinə yardım edilib.

"Bakcell" sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.


Вернуться назад