Главная > Cəmiyyət > Astarada dənizdə batan uşağın meyiti tapılıb

Astarada dənizdə batan uşağın meyiti tapılıb


23-07-2023, 20:18. Разместил: azadses
Astarada dənizdə batan uşağın meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Вернуться назад