Главная > Cəmiyyət > Bakının Səbail rayonunda su kəsiləcək

Bakının Səbail rayonunda su kəsiləcək


4-09-2023, 21:00. Разместил: azadses
Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində qəzanın baş verməsidir.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.


Вернуться назад