Главная > Cəmiyyət > Göyçay rayon sakinindən narkotik vasitə aşkarlanıb

Göyçay rayon sakinindən narkotik vasitə aşkarlanıb


16-09-2023, 20:29. Разместил: azadses
Göyçay rayon sakinindən narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar.
Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Вернуться назад