Главная > Cəmiyyət > İçərişəhərdəki "Buxara" karvansarayının təmiri yekunlaşmaq üzrədir

İçərişəhərdəki "Buxara" karvansarayının təmiri yekunlaşmaq üzrədir


10-10-2023, 10:21. Разместил: azadses
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Buxara" karvansarayının təmirini və restavrasiyasını yekunlaşdırmaq üzrədir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qoruğun İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib.

"Hazırda bir sıra layihələr və təşəbbüslər üzərində çalışırıq. Ən uzunmüddətli proses isə qala divarlarının bərpasıdır", - deyə o qeyd edib.


Вернуться назад