Главная > Cəmiyyət > Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Şəki və Şuşa ilə tanış olacaq

Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Şəki və Şuşa ilə tanış olacaq


10-10-2023, 17:48. Разместил: azadses
Bakıda keçirilən "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfransın iştirakçıları İçərişəhərlə yanaşı Şəki mədəniyyəti ilə də tanış olacaqlar.

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev sözügedən tədbirdə bildirib.

"Qonaqların Şuşa şəhərinə də səfəri nəzərdə tutulub. Bu şəhərin zəngin mədəni irsi var. Düşünürəm ki, Şuşaya səfər tədbir iştirakçılarında dərin iz buraxacaq", - deyə o qeyd edib.


Вернуться назад