Главная > Cəmiyyət > "Union Kredit" BOKT kreditorlarına müraciət edib

"Union Kredit" BOKT kreditorlarına müraciət edib


12-10-2023, 14:36. Разместил: azadses
Azərbaycan Mərkəzi Bankının bu ilin may ayında lisenziyasını ləğv etdiyi "Union Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) kreditorlarına müraciət edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 41, mənzil 4B ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Union Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT 2022-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2021-ci ilin yekununda onun öhdəlikləri aktivlərini üstələmiş, balans kapitalında 206 min manat çatışmazlıq yaranmışdı. Bu isə faktiki müflislik deməkdir.


Вернуться назад