Главная > Cəmiyyət > Azərbaycanda xarici dövlətlərə verilmiş kreditlərdən daxilolmalar üzrə proqnoz 3 % artırılır
Azərbaycanda xarici dövlətlərə verilmiş kreditlərdən daxilolmalar üzrə proqnoz 3 % artırılır14-10-2023, 11:15. Разместил: azadses |
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1,9 milyon manatının və yaxud 0,01 %-nin xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,4 % çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir. Вернуться назад |