Главная > Cəmiyyət > Səhiyyə Nazirliyi xaricdə təhsil alanlara Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa icazə verəcək

Səhiyyə Nazirliyi xaricdə təhsil alanlara Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa icazə verəcək


27-10-2023, 19:41. Разместил: azadses
Səhiyyə Nazirliyi xarici ölkələrdə təhsil alan şəxslərə ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa icazə verə biləcək.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb.

Fərmanla Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə tibb və ya əczaçılıq təhsili almış şəxsləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasına uyğun olaraq, ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxmaq səlahiyyəti də verilib.


Вернуться назад