Главная > Cəmiyyət > Türkiyədə yaşayan tanınmış azərbaycanlı professoru Bakıda avtomobil vuraraq öldürüb

Türkiyədə yaşayan tanınmış azərbaycanlı professoru Bakıda avtomobil vuraraq öldürüb


16-11-2023, 15:17. Разместил: azadses
Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlunu Bakıda avtomobil vuraraq öldürüb.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat veriblər.

Siyasi icmalçı Oqtay Qasımov isə "Report"a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib: “Bu gün səhər saatlarında yolu keçərkən onu avtomobil vurub və hadisə yerindəcə vəfat edib".

O, mərhum Arif Acaloğlu ilə on gün əvvəl telefonla danışdığını söyləyib: "Noyabrın 15-də Bakıya gələcəyini və növbəti günlərdə AMEA-nın keçirdiyi konfransda iştirak edəcəyini bildirmişdi. Sabah toyda iştirak edəcəkdik. Çox ağır itkidir. Bakıda dəfn olunacaq. Çünki oğlu burada yaşayır".

Qeyd edək ki, A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.

O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.


Вернуться назад