Главная > Cəmiyyət > Bakı-Şamaxı şosesində qəza baş verib: Ölən var

Bakı-Şamaxı şosesində qəza baş verib: Ölən var


26-11-2023, 19:40. Разместил: azadses
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ceyran Mayıl qızı Mollayeva yolu keçərkən onu minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Вернуться назад