Главная > Cəmiyyət > Ötən ilin dekabr ayında KTM-ə 123 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, 3-ü ölüb
Ötən ilin dekabr ayında KTM-ə 123 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, 3-ü ölüb8-01-2024, 18:42. Разместил: azadses |
Ötən ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib. KTM-dən "Report"a verilən məlumata görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub. Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib. Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb. Вернуться назад |