Главная > Cəmiyyət > Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib


14-01-2024, 14:40. Разместил: azadses
Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, Dövlət Yol Polisi İdarəsi muxtar respublika ərazisində qarlı hava şəraiti ilə əlaqədar sürücülərə meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı olmağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, piyadalara qarşı diqqətli olmağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən istifadə etməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, qarşıdan-qarşıya keçərkən mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etmələri tövsiyə olunur.


Вернуться назад