Главная > Cəmiyyət > Qışda xəstəliklərə "stop" deyin: İmmunitet artıran MƏHSULLAR

Qışda xəstəliklərə "stop" deyin: İmmunitet artıran MƏHSULLAR


17-12-2024, 17:20. Разместил: azadses
İmmunitetin artırılması üçün qidalanmada quşüzümü, bibər, sitrus meyvələri, kələm, göyərti, balıq və digər məhsulların olması vacibdir.

Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim Mariya Vorobey bildirib.

O, immunitet sistemini gücləndirməyə və orqanizmi virus və infeksiyalardan qorumağa kömək edən məhsullar haqqında danışıb.

Mütəxəssis "C" vitaminini immunitetin əsas köməkçilərindən biri adlandırıb.

"Bu vitamin sitrus meyvələrində (portağal, limon, qreypfrut), quşüzümü, çaytikanı, bolqar bibəri, gül kələm və Brüssel kələmində, həmçinin göyərtilərdə (cəfəri, şüyüd) çox miqdarda var".

Həkim immunitet üçün "A" və "D" vitaminlərinin də vacib olduğunu bildirib.

"A" vitamini ilə indau (rukola) və şüyüd zəngindir. "D" vitaminini isə əsasən yağlı balıq növlərindən (qızılbalıq, treska, sardina) alırıq, az miqdarda kərə yağı, pendir, yumurta sarısı, kürü və təbii şəraitdə yetişdirilən göbələklərdə var. "Omega-3" çoxdoymamış yağ turşuları orqanizmin müdafiə funksiyalarını gücləndirməyə kömək edir. Yağlı dəniz balığı - sardina, treska, qızılbalıq, forel bu maddə ilə zəngindir. "Omega-3", həmçinin qoz-fındıqda var, lakin yüksəkkalorili olduğu üçün gündə 30 qramdan çox yemək tövsiyə edilmir".

Ekspert orqanizmdə immun hüceyrələrin əmələ gəlməsi üçün dəniz məhsulları, dəniz balığı, göbələk, qoz-fındıq və günəbaxan toxumlarında zəngin olan selenin zəruriliyindən də danışıb.

"Sink də az əhəmiyyətli deyil - o, dəniz balığı, ət, krevetka, qoz-fındıq, göbələk və pendirdə var. Əlbəttə, süd məhsulları və sellüloz haqqında unutmaq olmaz. Onlar həzm sisteminin işini normallaşdırır və bağırsağın selikli qişasını qoruyan öz mikroflorasını dəstəkləyir. Sağlam bağırsaq güclü immunitetin təminatıdır", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.


Вернуться назад