Главная > Cəmiyyət > "Bakı Biznes Mərkəzi"nin direktoru işdən çıxıb

"Bakı Biznes Mərkəzi"nin direktoru işdən çıxıb


25-03-2025, 14:56. Разместил: azadses
İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub.

Xatırladaq ki, "Bakı Biznes Mərkəzi" 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.


Вернуться назад