Главная > Cəmiyyət > Dörd bankın əmanətçilərinə yarım milyard manat vəsait ödənilib - RƏSMİ
Dörd bankın əmanətçilərinə yarım milyard manat vəsait ödənilib - RƏSMİ3-09-2020, 09:12. Разместил: azadses |
Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 21 295 qorunan əmanətçisinə 503 milyon 574 min 785 manat kompensasiya ödəyib. Bu barədə Oxu.Az-a fondan bildiriblər. Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 75 faizini təşkil edir. “Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. “AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir. “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Вернуться назад |