Главная > Cəmiyyət > Memarlığa qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Memarlığa qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!


3-09-2020, 11:35. Разместил: azadses
Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün sentyabrın 6-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər.
“Qafqazinfo”nun məlumatına görə, memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər. 
QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.
Qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.


Вернуться назад