Главная > Cəmiyyət > Bazarda 78 yaşlı satıcı anidən öldü

Bazarda 78 yaşlı satıcı anidən öldü


29-10-2019, 17:16. Разместил: azadses
                                               Mərhum bazarda toxum alveri ilə məşğul olub
Oğuz rayonunda bazarda ölüm hadisəsi baş verib.
İstiPress-in məlumatına görə, rayonun Yaqublu kənd sakini, 1941-ci il təvəllüdlü Fərəc Fərəcov bazarda olarkən anidən halı pisləşib və yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və müayinə zamanı onun öldüyü müəyyənləşib. 
İlkin məlumata görə, F.Fərəcov yüksək təzyiq nəticəsində dünyasını dəyişib. 
Mərhumun bazarda toxum alveri ilə məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



Вернуться назад