Главная > Cəmiyyət > Prezident bir qəsəbənin yollarına 7,8 milyon ayırdı
Prezident bir qəsəbənin yollarına 7,8 milyon ayırdı9-12-2019, 15:49. Разместил: azadses |
İlham Əliyev bu barədə sərəncam imzalayıb Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb. Sərəncama əsasən Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb. Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon manat rayonunun 17 min 800 nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə ayrılıb. Вернуться назад |