Главная > Cəmiyyət > Tanınmış professor BDU-ya buraxılmadı – FOTO

Tanınmış professor BDU-ya buraxılmadı – FOTO


19-09-2020, 19:21. Разместил: azadses
Bakı Dövlət Universitetinin "Beynəlxalq jurnalistika" kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli karantin rejimində yaş məhdudiyyəti səbəbindən universitetə buraxılmayıb.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:
"2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim.
Təəssüflə başını yelləyib dedi:
- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
- Niyə ki?
- Yaşınız 65-dən çoxdur.
Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm".(yeniavaz.com)


Вернуться назад