Главная > Cəmiyyət > Ermənilər indiyədək Tərtərdə 8 mülki şəxsi qətlə yetirib, 33 nəfəri isə yaralayıb
Ermənilər indiyədək Tərtərdə 8 mülki şəxsi qətlə yetirib, 33 nəfəri isə yaralayıb5-10-2020, 09:56. Разместил: azadses |
![]() Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir. Oktyabrın 4-də düşmənin atdığı top mərmiləri nəticəsində 3 ev tamamilə dağılıb, 35 evə isə ziyan dəyib. Çoxmərtəbəli yaşayış binasında 3 mənzilə, 2 istehsal obyektinə və 1 sosial evə zərər dəyib, 2 nəfər yaralanıb. Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 250 evə ziyan dəyib, 59 ev isə tamamilə dağıdılıb. Bundan başqa, ümumilikdə Tərtərdə 8 mülki şəxs həlak olub, 33 nəfər isə yaralanıb. Qeyd edək ki, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir. Вернуться назад |