Главная > Cəmiyyət > Bakının Xətai rayonunda su kəsiləcək

Bakının Xətai rayonunda su kəsiləcək


7-10-2020, 14:56. Разместил: azadses
Bu gün Bakının Xətai rayonunun bəzi yerlərində su olmayacaq.
Bu barədə “Azad Səs”-ə “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində rayonun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.


Вернуться назад