Главная > Cəmiyyət > Mirsamir Məmmədov: "Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktları soyqırım siyasətidir"
Mirsamir Məmmədov: "Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktları soyqırım siyasətidir"12-10-2020, 16:26. Разместил: azadses |
İşğalçı ölkənin Gəncəyə ballistik raketlər atması və mülki insanlar arasında dağıntılar törətməsi erməni vandalizminin açıq sübutudur. Ümumiyyətlə müharibə zonasından uzaq əraziləri‚ mülki sakinləri hədəf alaraq atəş açması beynəlxalq qanunlarla ən ağır cinayət əməlidir və terrordur.. Bunu ermənilərin Gəncə şəhərinə raketləri atmasından və mülki sakinləri artilleriya atəşinə tutmasından danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚ Oktyabrın 10-dan 11-nə keçən gecə erməni terrorçularının müharibə zonasından uzaqda olan Gəncə şəhərinə balistik raketlə zərbə endirməsi və mülki sankinləri qətlə yetirməsi‚ yaşayış evlərini və inzibati binaları dağıtması‚ sivil və dinc insanları hədəfə alması birmənalı olaraq beynəlxalq qanunlarla terror aktıdır və soyqırımı məqsədi güdür. 1949-cu ildə qəbul edilmiş Çenevrə Konvensiyasında göstərilir ki‚ mülki insanlara‚ mülki əhaliyə‚ müharibəyə aidiyyatı olmayan mülki obyektlərə və yaşayış sahələrinə‚ mülki təsərrüfat sahələrinə‚ sivil yerlərə atəş açmaq‚ artilleriya və raket zərbələri endirmək qəti qadağandır və 1949-cu ildə qəbul edilən bu beynəlxalq konvensiyaya‚ beynəlxalq qanunlara əsasən terror aktı və soyqırım cəhdidir. Qəbul edilmiş bu beynəlxalq hərbi konvensiya zamanda‚ eyni zamanda imkan verir ki‚ terrora və soyqırıma məruz qalan tərəf həmin terror mənbəyini zərərsizləşdirmək üçün məhz beynəlxalq qanunlarla əməliyyatlar həyata keçirtsin və öz ərazi bütövlüyünü‚ mülki əhalinin təhlükəsizliyini qorusun. Konvensiya bəyan edir ki‚ hər bir ölkə öz ərazi bütövlüyünü‚ suverenliyini‚ dövlət təhlükəsizliyini‚ mülki sakinləri‚ mülk yaşayış yerlərini hədəf alan və onlara qarşı kütləvi dağıntılar həyata keçirən‚ kütləvi qətliamlar törədən‚ mülki əhaliyə atəş açan hərbi cinayətkarlara və terrorçulara qarşı özünü müdafiə məqsədilə açıq hərbi əməliyyat həyata keçirtmək hüququna malikdir. Ermənistanın Azərbaycanın Gəncə şəhərinə və bir çox şəhər və rayonlara‚ müharibədən uzaq olan ərazilərə ballistik raketlər atması‚ mülki sakinləri‚ insanların kütləvi yaşayış yerlərini‚ əhalini və mülki evləri‚ təsərrüfat sahələrini artilleriya atəşinə tutması beynəlxalq qanunlara əsasən terror aktlarıdır və soyqırım faktıdır. Hazırda ermənistan rəhbərliyi Azərbaycan xalqına qarşı soyqırım siyasətini davam etdirir. Bu məqsədlə kütləvi dağıntılara səbəb olacaq ağır artilleriya zərbələri və ballistik raketlərlə Azərbaycanın mülki sakinkərinin yaşadığı əraziləri atəşə tutaraq terror və soyqırım aktları həyata keçirir. Bu hal beynəlxalq qanunlarla və Cenevrə Konvensiyasına əsasən hərbi cinayətdir. Yenə də‚ məhz beynəlxalq qanunlara və Cenevrə Konvensiyasına əsasən hərbi cinayət‚ terror əməli və ən ağır cinayət hesab edilir. Cenevrə Konvensiyası öz bəndlərində bəyan edir ki‚ mülki əhaliyə‚ müharibəyə aidiyyatı olmayan sivil insanlara‚ mülki yaşayış yerlərinə atəş açmaq‚ kütləvi dağıntılar həyata keçirtmək‚ mülki insanlara və mülki əhaliyə qarşı qətliam həyata keçirtmək‚ onlara maddi və mənəvi ziyanlıq vurmaq‚ təsərrüfat və yaşayış yerlərini dağıtmaq‚ mülki əhalinin öz yaşayış yerini zorla tərk etməsinə‚ öz yaşayış yerindən didərgin düşməsinə səbəb olmaq beynəlxalq qanunlarla hərbi cinayət və terror əməlidir ki‚ bu da ən ağır cinayətdir. Konvensiya öz müddəalarında göstərir ki‚ Mülki sakinlərin hədəf alınması bağışlanmaz cinayətdir vş bu halları törədən hər kəs beynəlxalq qanunlar qarşısında mühakimə olunmalıdır. Beynəlxalq qanunlardan göründüyü kimi‚ hətta müharibə vaxtı belə‚ müharibəyə aidiyyatı olmayan mülki insanları‚ mülki yaşayış yerlərini hədəf almaq‚ qəsdən və məqsədli şəkildə onlara atəş açmaq və mülki ərazilərdə kütləvi dağıntılar həyata keçirtmək‚ mülki əhali yaşayan ərazilərə qadağan olunmuş ballistik raketlər atmaq bağışlanmaz cinayətdir. İşğalçı və quldur ermənistan rejimi ölkəmizə qarşı terror aktları‚ hər formada hərbi təxribatlar‚ mülki əhaliyə qarşı soyqırım siyasəti həyata keçirtməklə bu ağır və bağışlanmaz cinayətlərə imza atıb. Hazırda ermənistan beynəlxalq qanunlarla mühakimə olunmalıdır. Eyni zamanda Azərbaycan bu münaqişədə terrora‚ hərbi təcavüzə və soyqırım aktına məruz qalan tərəf olduğu üçün‚ haqqlı olaraq özünü müdafiə xarakterli‚ ərazi bütövlüyünü‚ mülki sakinlərin təhlükəsizliyini qorumaq məqsədilə terorçuları və hərbi cinayətkarları zərərsizləşdirmək üçün geniş tərkibki anti-terror və hərbi əməliyyat aparmaq və ermənistanın içərilərinə doğru irəliləyərək‚ ölkəmizi‚ sivil insanlarımızı hədəf alaraq atəşə tutan hərbi obyektləri dağıtmaq və zərərsizləşdirmək hüququna malikdir. Bu hüququ Azərbaycana beynəlxalq qanunlar və Cenevrə Konvensiyası verir. Ümumiyyətlə dünya praktikasında bu tendensiya vardır‚ əgər bir ölkənin ərazisindən digər ölkənin mülki sakinləri hərbi və siyasi məqsədlərlə atəşə tutularaq teror aktkarı həyata keçirilirsə və yaxud hansısa terrorist qüvvələr terror aktı həyata keçirib başqa bir ölkədə gizlənirsə‚ terrorçuları zərərsizləşdirmək və özünü qorumaq məqsədilə o ölkəyə terrorçuları təqib məqsədilə daxil olmaq hüququ vardır. 2001-ci ildə ABŞ rəhbərliyindəki Koalisiya qüvvələri ƏL-Qaidəni və Talibanı zərərsizləşdirmək üçün Əfqanıstana daxil oldu‚ 2003-cü ildə Kimyəvi silahları zərərsizləşdirmək üçün ABŞ rəhbərliyindəki Koalisiya qüvvələri İraqa daxil oldu‚ 2011-ci ildə ABŞ Ben-Ladeni ələ keçirtmək və zərərsizləşdirmək üçün Pakistanda hərbi əməliyyat keçirtdi‚ daha sonra 2014-cü ildə Suriya və İraqda yenə də İŞİD-i və digər teror ocaqlarını zərərsizləşdirmək üçün ABŞ və Koalisiya qüvvələri hərbi əməliyyatlara başladı. Qardaş ölkə olan Türkiyə Afrində‚ İdlibdə Şimali İraqda və Suriya ərazilərində PKK terrorçuçarını zərərsizləşdirmək üçün hərbi əməliyyatlar həyata keçirtdi‚ həmçinin İranın özü terrorçulara qarşı mübarizə aparmağı bəhanə gətirərək Suriya və İraqda hərbi əməliyyatlardadır‚ eləcə də Rusiya Qroznuda anti-terror məqsədilə ağır hərbi əməliyyatlar həyata keçirib. Artıq dünya praktikasında terorçuları və zərər verici qüvvələri zərərsizləşdirmək üçün başqa ərazilərə daxil olmaq tendensiyası çoxdan mövcuddur. Beləcə‚ Azərbaycan da hücuma‚ terrora və soyqırıma məruz qalan ölkə olaraq çoxdan bu hüququ əldə edib. Ya dünya birliyi təcavüzkarı və cinayətkarı mühakimə etməli‚ Azərbaycan ərazisindən çıxarmalı‚ mülki sakinlərimizin atəşə tutulmasını dayandırmalı və işğalçı ölkəyə qarşı ağır sanksiyalar tətbiq etməli‚ ya da Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz hüququnu qoruyacaq və özünü müdafiə və mülki sakinlərin təhlükəsizliyini‚ ərazi bütövlüyünü qorumaq məqsədilə lazımı cavab əməliyyatları olacaq və olmalıdır da. Terroristlə ancaq onun anladığı və başa düşdüyü dillə danışmaq lazımdır. Dünya birliyi‚ bir çox ölkələr‚ Rusiya‚ İran‚ Fransa‚ Almaniya‚ həmçinin beynəlxalq təşkilatlar‚ Avropa Birliyi‚ ATƏT-in Minsq Qurupu‚ BMT Təhlükəsizlik Şurası sülh danışıqlarının və Atəşkəs rejiminin bərpa olunmasının çağırışlarını edirdilər‚ Rusiyada Xarici İşlər Nazirlərinin üçlü görüşündə imzalanan sənədə belə erməni terrorçuları məhəl qoymadılar‚ atəşkəs rejimini pozdular‚ sülh danışıqlarının başlanması ehtimallarının üzərindən birdəfəlik xətt çəkdilər‚ heç Beynəlxalq Qırmızı Komitəsinin nümayəndələri döyüş bölgəsini tərk etməmiş‚ ermənilər atəşkəsi pozdular və təxribat həyata keçirtdilər‚ Gəncəni və digər mülki əraziləri irimiqyaslı və ballistik raketlərlə hədəf alaraq kütləvi dağıntılar törətdilər. Dinc sakinləri atəşə tutdular. erməni təxribatları və mülki yaşayış yerlərinə kütləvi dağıntı silahlarının‚ ballistik raketlərinin atılması‚ baş verən ölümlər və kütləvi dağıntılar nəticəsində Azərbaycana ağır maddi və mənəvi ziyan dəymişdir. Azərbaycana külli miqdarda maddi ziyan dəyib. Artıq dünya birliyi Azərbaycanla terrorist ermənistan arasında sülh danışıqlarından‚ atəşkəs rejiminin bərpasından və terroristlərlə masa arxasına oturmaqdan danışa bilməz. Sülh danışıqlarına getmək‚ atəşkəs elan eləmək ermənistana güzəşt düməkdir və düşmənə əsla güzəşt etmək olmaz. Hazırda ermənistana ağır ballistik silahlar və raketlər‚ hava hücumundan müdafiə sistemləri daşınır. ermənistan anbaan silahlandırılır. Hal-hazırda Rusiya və İran vasitəsilə ermənistana güclü silahlar və muzdlu döyüşçülər göndərilir. Sülh danışıqları prosesinin başlanması‚ atəşkəs elan olunması və terrorçularla‚ hərbi cinayətkarlarla eyni masaya oturmaq sadəcə ermənistana güc və qüvvə toplamasına xidmət edəcək haldır. Bu isə ölkəmizin daim atəş altında olması deməkdir. İşğalçı və terrorist ermənistan dərhal cəzalanmalıdır. Beynəlxalq qanunlar da bunu tələb edir. İşğalçıya‚ terroristə və cinayətkara heçbir güzəşt oluna bilməz. Dünya birliyi beynəlxalq qanunlara əməl edib ermənistanı dərhal cəzalandırmalıdır.
Вернуться назад |