Главная > Cəmiyyət > Azərbaycan Mərkəzi Bankından Ermənistan üçün ianə toplayan Rusiya bankına sərt ETİRAZ
Azərbaycan Mərkəzi Bankından Ermənistan üçün ianə toplayan Rusiya bankına sərt ETİRAZ13-10-2020, 13:48. Разместил: azadses |
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bank tərəfindən verilib. Bank tərəfindən aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, sözügedən yardımlar “Sberbank”da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda “Donation We and our borders”, “Финансовая помощь Мы и наши границы”, “Арцах” və ya “Artsakh” təyinatları adı altında həyata keçirilir. Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən həm Rusiya Mərkəzi Bankına, həm də “Sberbank”a sərt etiraz məktubu göndərilib. Məktubda ölkələrimiz və qurumlarımız arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nəzərə almaqla beynəlxalq hüquq normalarını rəhbər tutaraq, təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində “Sberbank”ın iştirakına qətiyyətlə etiraz edilib. “Sberbank”da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı bu faktın Azərbaycan Respublikasının maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və “Sberbank”ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakının dərhal dayandırılması tələb edilib. Məktubda belə bir həsas məqamda üçüncü tərəfin ərazisində qanunazidd fəaliyyət göstərən bir rejimə yardım edilməsi prosesində iştirakın ölkələrimiz arasında formalaşmış müsbət əməkdaşlıq ilə yanaşı, “Sberbank” kimi nüfuzlu bankın imicinə də ciddi zərbə vuracağı xüsusilə vurğulanıb. Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Вернуться назад |