Главная > Cəmiyyət > Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri
Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri23-10-2020, 16:14. Разместил: azadses |
![]() Təhsil Nazirliyindən ''Azad Səs'' -ə verilən məlumata görə, işğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır: - Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi - Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi. Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb. Вернуться назад |