Главная > Cəmiyyət > "WhatsApp"la bağlı yeni xəbərdarlıq
"WhatsApp"la bağlı yeni xəbərdarlıq7-01-2020, 14:34. Разместил: azadses |
Dünyada ən geniş istifadə edilən ani mesajlaşma xidməti olan və yüz milyonlarla insanın istifadə etdiyi "WhatsApp"da yeni təhlükə meydana çıxıb. "gizchina.com" yazır ki, "yeni il virusu" mobil telefonlardakı məlumatların ələ keçməsinə səbəb ola bilər. Məlumata görə, bayram təbriki adı ilə smartfonlara viruslu səhifələrin linki göndərilir. Göndərilən linkə keçid zamanı hakerlər istifadəçinin telefon və ya komputerdə saxlanılan şəxsi məlumatlarına giriş əldə edirlər. Bu yolla məlıumatlar əldə etmək üsulu köhnə olsa da, bayram təbrikinin qeyri-adiliyi istifadəçilərdən çoxunun diqqətsiz davranaraq göndərilən linkə daxil olmasına yol açır. Bu isə virusların xüsusi ilə bayram günlərində daha geniş yayılmasına imkan yaradır. Вернуться назад |