Главная > Cəmiyyət > Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılır

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılır


3-11-2020, 15:50. Разместил: azadses
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan səfiri "Twitter"də bildirib.

Səfir Bilal Hayee bildirib ki, görüşdə Pakistan və Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.

"COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam", - deyə səfir qeyd edib.

Вернуться назад