Главная > Cəmiyyət > Gəncə faciəsinin mələk üzlü Xədicəsi daha ağır təhlükə ilə üz-üzə- Aidiyyatı qurumlar hərəkətə keçməsə…. -VIDEO
Gəncə faciəsinin mələk üzlü Xədicəsi daha ağır təhlükə ilə üz-üzə- Aidiyyatı qurumlar hərəkətə keçməsə…. -VIDEO6-11-2020, 11:04. Разместил: azadses |
Erməni qəsbkarlarının Gəncədə törətdiyi faciədə hər iki valideynini itirmiş Xədicənin ona himayədarlıq edən qohumlarının videogörüntüləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Görüntülərdən də müşahidə olunduğu kimi hər iki ailə uşağın uzərindəki haqlar üçün bir-birlərinə rəsmən müharibə elan ediblər. Ortada əziyyət çəkənsə Xədicədir. Məsələ ilə bağlı Uşaqlar birliyinin sədri Kəmalə Ağazadə AzTimes.az-a açıqlamasında bildirib ki, videogörüntüləri gecə əldə edib:”Səhərin açılmasını gözlədim. Birinci işim dərhal Ailə qadın uşaq problemləri komitəsini məsələdən hali etmək oldu.Onkarvməsələni nəzarətdə saxlayırlar. Amma nəzarət nədir-Nəzarət yenə də o uşağın yaxın qohumlarda qalmasidir. Bu isə heç də məsələnin həlli yolu deyil. Mən anlayıram,uşaq sevdiyi insanların əhatəsində böyuməlidir. Amma onu sevən insanlar bu gün bir-biri ilə düşmənçilik aparılarsa, bu uşaqda mütləq öz təsirini göstərəcək. Sevgidirsə , onda hər iki tərəf imtiyazlardan imtina etsin, desinlər ki, uşağın adına açılan hesab qapalı qalsın, ona dövlət tərəfindən ayrılmış hər şey on səkkiz yaşı tamam olanadək Xədicə üçün balans olaraq hesablansın, kart hesabı olsun,mən o zaman baxacam ki, kim dayanacaq o körpənin arxasında?!” Videogörüntüləri sizə təqdim edirik: Вернуться назад |