Главная > Cəmiyyət > "Heç bir rayon Ermənistanın nəzarətində qalmayacaq" - POLKOVNİK

"Heç bir rayon Ermənistanın nəzarətində qalmayacaq" - POLKOVNİK


12-11-2020, 09:21. Разместил: azadses
“Bütün işğal olunmuş ərazilər qaytarılır. Heç bir rayon Ermənistanın nəzarətində qalmayacaq. Bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa gətirilməsi ilə bağlı danışarkən deyib. O, müyyən bir müddət ərzində sülhməramlı qüvvələrin olmasının lazım olduğunu bildirib:
“Əlbəttə, burada neytral bir qüvvə olmalı idi. Dünya praktikasında da bu baş verib. Bu baxımdan, biz də  imkan yaradırıq ki, 5 il müddətində Rusiya bölgədə olsun və müəyyən gərginlik çıxmaması üçün nəzarət etsin. Düşünürəm ki, bu müddət ərzində bir çox məsələlər öz həllini tapacaq və növbəti 5 ilə ehtiyac qalmayacaq.


















Həmçinin, sülhməramlı qüvvələr təkcə Xankəndi, Xocavənd Ağdarə və Xocalıda deyil, Naxçıvana bizim quru yolla təhlükəsiz bir şəkildə gediş-gəlişimizi də təmin edəcək. Bütün verilən qərarlar Azərbaycanın ortaya qoyduğu şərtlərə uyğundur. Düşünürəm ki, bu, birbaşa qələbədir. Çünki bizim ərazi bütövlüyümüz bərpa olunub. Bir sözlə, Azərbaycan nəyi istəyirdisə, o da oldu. Naratlığa heç bir əsas yoxdur. Dağlıq Qarabağ da, ətrafında olan 7 rayon da bizimdir, bizim olaraq da qalacaq”.

Вернуться назад