Главная > Cəmiyyət > Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstələri saxlanıldı

Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstələri saxlanıldı


14-11-2020, 15:17. Разместил: azadses
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş iki nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 12-də Quba şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Gültəpə kənd sakinləri C.Mustafayev və G.Mustafayeva saxlanılıblar.
Bildirilib ki, dərhal əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək rayon ərazisindəki koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.Oxu.az


Вернуться назад