Главная > Cəmiyyət > "Qərbi Azərbaycanlılar 1988 - ci ilin məşum deportasiya aktını unuda bilməzlər - Qərbi Azərbaycan İcması Ankara təmsilçisi

"Qərbi Azərbaycanlılar 1988 - ci ilin məşum deportasiya aktını unuda bilməzlər - Qərbi Azərbaycan İcması Ankara təmsilçisi


30-11-2020, 14:17. Разместил: azadses
''Azad Səs'' xəbər verir ki, bu sözləri mediaya açıqlamasında araşdırmaçı yazar, Qərbi   Azərbaycan İcması Ankara təmsilçisi Dr.Derya Akdemir deyib. Derya Akdemir bildirib ki, tarix boyunca əzəli və abadi Türk yurdlarında qətliamlar törədən ermənilərin nə yazıq ki, hadisələrə hər zaman ikili standartlarla yanaşan beynəlxalq ictimaiyyət tərəfindən göz ardı edilib. Araşdırmaçı yazarın sözlərinə görə regionda vəziyyəti gərgin olaraq saxlamaq istəyən qüvvələrin əlində oyuncağa çevrilən ermənilərin törətdikləri vəhşilikləri unutmağımız əsla və əsla mümkün deyil: "Mənim babalarım o torpaqlardan erməni qətliamından qaçıb Türkiyənin İğdır şəhərinə gəliblər. Ancaq 1918 - ci ildə yenidən ermənilərin Şərqi Anadoluda törətdiyi vəhşiliklərlə üz üzə qalıblar. Bununla da bitməyib Qərbi Azərbaycanlıların çiləsi. 1948 - ci ildə, 1953 cü ildə əhalinin deportasiyası, dolayısı ilə də Ermənistanın türksüzləşdirilməsi prosesi davam etdirilib. Ən sonuncu belə hadisə 1988 - ci ilin noyabr - dekabr aylarında baş verib ki, bu deportasiya aktından sonra artıq Ermənistan dövləti monoetnik dövlətə çevrilib. Tarixən bu ərazilərdə yaşayan azərbaycanlılar otuz iki il boyunca öz doğma yurd yuvalarına həsrət qalıblar. Bu həsrət artıq başa çatmalıdır".      "
Derya Akdemir sonda onu da bildirib ki, qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması prosesinə hər kəs öz töhfəsini verməlidir: "Şanlı Azərbaycan ordusunun qazandığı qələbə hər kəsin ürəyində bir ümid işığı yandırıb. Bundan sonra illərlə öz yurd yuvalarının həsrətini çəkən qərbi Azərbaycanlar çox yaxında öz dədə - baba torpaqlarına geri dönəcəklər. Bunun üçün əlimizdən gələni etməliyik. Orda zamanında yaşamış və hüquqları pozulan hər bir azərbaycanlının hüquqlarının bərpası üçün çalışmalıyıq".

Вернуться назад