Главная > Cəmiyyət > “Bütün ərazilərdə Azərbaycan Silahlı Qüvvələri keşik çəkəcək” - AÇIQLAMA

“Bütün ərazilərdə Azərbaycan Silahlı Qüvvələri keşik çəkəcək” - AÇIQLAMA


2-12-2020, 09:36. Разместил: azadses
Ağdamın, Kəlbəcərin, Laçının işğaldan azad edilməsi, düşmənin döyüşsüz həmin ərazilərimizdən çıxarılması adi bir hal deyil. Azərbaycanın Müzəffər Ordusu 44 günlük şanlı qələbəni təmin etmsəydi, düşmən ağ bayraq qaldırıb təslim olmasaydı ermənilər bu torpaqlardan çıxmaq niyyətində deyildi. Düşmən tam təslim olduqdan sonra 3 mühüm strateji rayonumuzdan çıxmağa məcbur olub. Bu Ali Baş Komadanın Xalqımızın, Ordumuzun möhtəşəm zəfəridir.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, Laçın Azərbaycan üçün olduqca böyük əhəmiyyətə malik olmaqla yanaşı Ermənistanla sərhəddə yerləşir.

Deputat deyib ki, Qərb istiqamətindən Qarabağa giriş Laçın rayonundan keçir: “Laçından, Zabuq çayından, Ermənistandan, Görusdan, Sisyandan, Naxçıvana, Şahbuza, Batabat yaylağına yol gedir. Qarabağdan Naxçıvana ən yaxın yol Laçından keçir. Laçın dağlıq, eyni zamanda mühüm strateji əhəmiyyətə malikdir. Kəlbəcər, Laçın azad edilməsi ilə Azərbaycan Ermənistanla sərhəddi bərpa edilib. Xəzər dənizindən, Cənub sərhəddimizə, Gürcüstan, Rusiya sərhəddinə qədər bütün dövlət sərhədlərimizə özümüz nəzarət edirik.

 

Elman Məmmədova görə, Laçın dəhlizi məsələsini qabardanlarda bilməlidir ki, 5 km enində yol olmur: “Yolun 15-20 metr eni olur. Bu simvolik olaraq sülhməramlıların və Azərbaycan Ordusunun nəzarətində olan ərazi olacaq. Bütün ərazilərdə Azərbaycan Silahlı Qüvvələri keşik çəkəcək. Vətəndaşlarımız orada sülh şəraitində yaşayacaq. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan xalqının çox böyük bir qələbəsidir. 300 il ərzində ilk dəfədir ki, Azərbaycan tarixi torpaqlarını düşməndən təmizləyib. Bu qələbə münasibəti ilə xalqımızı təbrik edirəm”.Teleqraf

Вернуться назад