Главная > Cəmiyyət > Rusiyadan Xankəndilə bağlı AÇIQLAMA

Rusiyadan Xankəndilə bağlı AÇIQLAMA


3-12-2020, 10:15. Разместил: azadses
Rus sülhməramlıları Xankəndidə 100-ə yaxın partlayıcı maddəni zərərsizləşdirib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, mühəndis-istehkamçı bölmələri, ümumilikdə, 38 hektardan çox ərazini, 12 kilometrə yaxın yolu təmizləyib, 100-dən çox evi və sosial obyekti yoxlayıb, 1100-ə yaxın partlayıcı maddə aşkar edərək zərərsizləşdirib: "Minalardan təmizlənmə zamanı istehkamçılar bir gündə 100-ə yaxın partlayıcı maddə aşkar etdi və zərərsizləşdirdi. Partlayıcı maddələr xüsusi təchiz olunmuş poliqona aparılaraq məhv edildi. Təxliyə edilə bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri ilə yerində məhv edildi".

Bundan əlavə, Rusiya Federasiyasının sülhməramlıları elektrik xətlərinin, qaz boru kəmərlərinin, rabitə xətlərinin və transformator yarımstansiyalarının bərpası üzrə işlərin təhlükəsizliyini təmin edir.

Вернуться назад