Главная > Cəmiyyət > Xudavəng monastrına vaiz təyin olundu

Xudavəng monastrına vaiz təyin olundu


5-12-2020, 09:58. Разместил: azadses
Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.
 
Azərbaycan Alban-udin xristian icmasının sədri Robert Mudili bildirib ki, bu yerlərə qayıtmağımıza görə şəhidlərimizə borcluyuq:
 
"Kəlbəcər bizim üçün adi yer deyil, Kəlbəcərdə çoxlu sayda Alban məbədləri var. Biz bugün Xudavəng məbədinə gəlmişik. Biz burda Alban kilsəsinin dini varisləri kimi iştirak edirik, kilsədə dini ayinləri icra edirik".
 
Qeyd edək ki, Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub. Mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq vilayətinin "Rostok" adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi.

Вернуться назад