Главная > Cəmiyyət > Bankda əmanəti olanların nəzərinə: Müddət uzadılır

Bankda əmanəti olanların nəzərinə: Müddət uzadılır


7-12-2020, 15:39. Разместил: azadses
Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlanmış qanun layihəsi artıq Milli Məclisə daxil olub.
 
Sənəddə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.
 
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Вернуться назад