Главная > Dünya > Paşinyanın həbsi üçün toplaşdılar - BÜTÜN SÜBUTLAR VAR

Paşinyanın həbsi üçün toplaşdılar - BÜTÜN SÜBUTLAR VAR


8-12-2020, 17:07. Разместил: azadses
İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Baş Prokurorluğun binasının qarşısına toplaşıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, etirazçılar Ermənistana xəyanətə qanuni yollarla son qoya biləcək yeganə məmurun baş prokuror olduğunu bildiriblər. Onlar bəyan ediblər ki, Paşinyan barəsində ədalət mühakiməsinə müdaxilə maddəsi ilə cinayət işi başlana bilər: “O, Nikol Paşinyanın həbsinə qərar verər və hər şey bitər”.
Vəkil Tiqran Atanesyanın sözlərinə görə, Ermənistan baş prokurorluğunda baş nazirin əmrlərini yerinə yetirməyən prokurorlar və bütöv şöbələr də var: "Cinayət işi üçün qanuni əsaslar var. Bu yaxınlarda Paşinyan hakimləri öz ofisinə dəvət etdi və müəyyən şəxslərin niyə həbs olunduğu və ya tutulmaması ilə maraqlandı. Hər şey - cinayətin əlamətləri göz qabağındadır, videoyazı var" - vəkil qeyd edib.

Qeyd edək ki, Ermənistanın hər 3 keçmiş prezidenti Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da Paşinyanın istefasını tələb etdilər.

Вернуться назад