Главная > Dünya > Yerevanda aksiyada 42 nəfər tutulub

Yerevanda aksiyada 42 nəfər tutulub


10-12-2020, 14:50. Разместил: azadses
Yerevanda hökumət binasının qarşısında keçirilən aksiya zamanı 42 etirazçı tutulub.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlar polis əməkdaşının qanuni tələblərinə cavab verməməklə Cinayət Məcəlləsinin uyğun maddəsini pozduqları üçün saxlanılıblar.

Qeyd edək ki, dekabrın 10-da hökumət binası qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirilib.


Вернуться назад