Главная > Dünya > Qaraçay-Çərkəzdə partlayış: 6 polis əməkdaşı yaralanıb

Qaraçay-Çərkəzdə partlayış: 6 polis əməkdaşı yaralanıb


11-12-2020, 14:45. Разместил: azadses
Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Uçkeken kəndində baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları Uçkeken kəndində əməliyyat-axtarış tədbiri keçirən zaman cinayətdə şübhəli bilinən şəxs özünü partladıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb. Mülki vətəndaşlar arasında xəsarət alan olmayıb.


Вернуться назад