Главная > Dünya > Türkiyədə növbəti dəfə zəlzələ oldu
Türkiyədə növbəti dəfə zəlzələ oldu4-01-2021, 09:07. Разместил: azadses |
Türkiyənin Diyarbəkir əyalətində 3,3 bal gücündə zəlzələ olub. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası və Zəlzələni Araşdırma İnstitutu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Kulp rayonunda yerli vaxtla saat 00:41-də qeydə alınıb. Zəlzələ ocağı Kulp rayonunda, 5 kilometr dərinlikdə yerləşib. Bu, qonşu ölkədə son iki gündə qeydə alınan ikinci təbii hadisədir. Türkiyədə dünən də 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib. Вернуться назад |