Главная > Dünya > Son sutka ərzində yeni növ koronavirus infeksiyasına 396 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb – Ermənistanda

Son sutka ərzində yeni növ koronavirus infeksiyasına 396 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb – Ermənistanda


15-01-2021, 10:39. Разместил: azadses
Ermənistanda daha 396 nəfərdə koronavirus aşkarlanıb.

“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 163 972 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 2 974-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 721-ə yüksəlib. İndiyədək 152 320 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 952 aktiv koronavirus xəstəsi var.

Report

Вернуться назад