Главная > Dünya > Hücum edilən gəmiylə bağlı Çavuşoğludan SON DƏQİQƏ AÇIQLAMASI
Hücum edilən gəmiylə bağlı Çavuşoğludan SON DƏQİQƏ AÇIQLAMASI24-01-2021, 12:03. Разместил: azadses |
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Nigeriya yaxınlığında dəniz quldurlarının Türkiyəyə məxsus yük gəmisinə hücumu ilə bağlı açıqlama verib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, nazir bu barədə NTV telekanalına danışıb. Çavuşoğlu açıqlamasında bu məqamlara diqqət çəkib: "Az əvvəl gəminin kapitanı ilə danışdım. Gəmi Qabon sahillərindədir, limana yaxınlaşmaq üçün gözləyir. Qabondan da gəmi heyəti ilə bağlı kömək istəmişik. Gəmi dayanan kimi lazımi tədbirləri görəcəyik. Vətəndaşların xilası üçün koordinasiyalı danışıqları davam etdiririk. Dəniz quldurları hələ ki, geri dönüş etməyiblər". Вернуться назад |