Главная > Dünya > “Nobel” mükafatçısı alim vəfat edib

“Nobel” mükafatçısı alim vəfat edib


29-01-2021, 12:05. Разместил: azadses
Niderlandlı kimyaçı alim Paul Kruttsen 87 yaşında dünyasını dəyişib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə Maks Plank Elmi Araşdırma Cəmiyyəti məlumat yayıb.

Alim uzun müddətdir davam edən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, P.Kruttsen atmosferdəki ozon dəliklərinin araşdırılması ilə məşğul olub. O, azot oksidlərinin Yer kürəsini günəşin ultrabənövşəyi radiasiyasından qoruyan stratosfer ozon qatını məhv etdiyini müəyyənləşdirib. 1995-ci ildə bu kəşfinə görə P.Kruttsen Mario Molina və Roulend Şervud ilə birgə Kimya üzrə “Nobel” mükafatını alıb.


Вернуться назад