Главная > Dünya > Çin Kanadadan gələn əcnəbiləri ölkəyə buraxmayacaq

Çin Kanadadan gələn əcnəbiləri ölkəyə buraxmayacaq


31-01-2021, 11:55. Разместил: azadses
Çin Kanadadan gələn bütün xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.

Bu barədə Torontodakı Çin Konsulluğu məlumat verib.

Qeyd olunub ki, qadağa Çində yaşayış. iş icazəsi olan əcnəbilərə, şəxsi məsələlər və ailənin birləşməsi üçün ölkəyə daxil olmaq istəyənlərə şamil olunub. Çinə yalnız diplomatik və xidməti vizası olan əcnəbilər daxil ola biləcək.

Medianın yazdığına görə, bu, Çinin COVID-19-un yayılma qorxusu səbəbiylə Kanada tərəfindən tətbiq olunan məhdudiyyətlərə cavab addımı idi.

Report

Вернуться назад