Главная > Dünya > Moskvada etirazlar şiddətləndi - POLİSLƏ TOQQUŞMA

Moskvada etirazlar şiddətləndi - POLİSLƏ TOQQUŞMA


1-02-2021, 09:43. Разместил: azadses
Rusiyada həbs olunan müxalifət lideri Aleksey Navalnının sərbəst buraxılması tələbi ilə təşkil edilən nümayişlərdə tutulanların sayı 4 min 52-yə çatıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, polisin müdaxiləsinə baxmayaraq, küçələri tərk etməyən nümayişçilər ölkə prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndiriblər. Bəzi küçələrdə polislə nümayişçilər arasında qarşıdurma yaşanıb, tutulanlar var.

Moskvada etirazçıların küçələrdə qrup halında yürüşə davam etdiyi bir vaxtda bir çox mühüm meydan polis tərəfindən mühasirəyə alınıb. Navalnı tərəfdarları nümayişləri davam etdirəcəklərini bildiriblər.

Вернуться назад