Главная > Dünya > Sülhməramlıların helikopteri QƏZAYA UĞRADI - 4 nəfər xilas edildi

Sülhməramlıların helikopteri QƏZAYA UĞRADI - 4 nəfər xilas edildi


8-02-2021, 08:53. Разместил: azadses
Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib.

"Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir" - açıqlamada deyilir.

Qeyd edilir ki, hadisənin səbəbi araşdırılır:

"İlkin məlumata əsasən, söhbət mexaniki nasazlıqdan gedə bilər".


Вернуться назад