Главная > Dünya > Koronavirusa yoluxan məşhur xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan məşhur xəstəxanaya yerləşdirildi


19-02-2021, 14:43. Разместил: azadses
Koronavirusa yoluxan türkiyəli model Deniz Akkayanın səhhəti ağırlaşıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, modelin təcili xəstəxanaya yerləşdirildiyi, virusun ciyərlərinə qədər endiyi və şiddətli öskürəyin başladığı bildirilib. İnstaqramda səhhəti haqqında məlumat yayan ulduz 4 gündür xəstəxanada müalicə aldığını qeyd edib:

“Evdə öhdəsindən gələ bilmədim, odur ki, xəstəxanaya yerləşdirildim. Xəstəliyi yüngül keçirdiyimi demək istərdim, ancaq səhhətində ciddi problemlər yaşayan biri olaraq mənə inanılmaz ağrı gəldi. Temperaturum 39-a qədər yüksəlmişdi. Öskürək şiddətlənib. Əzələ ağrılarında isə azalma var”.

Вернуться назад