Главная > Dünya > Mişel Pfayfer solmayan gözəlliyinin sirrini açıqladı - FOTO

Mişel Pfayfer solmayan gözəlliyinin sirrini açıqladı - FOTO


25-02-2021, 15:54. Разместил: azadses
62 yaşlı aktrisa Mişel Pfayfer solmayan gözəlliyinin sirrindən danışıb.
Bu barədə “Daily Mail” xəbər yayıb.
“Sirri budur ki, heç bir sirr yoxdur”, - deyə aktrisa bildirib.
Onun sözlərinə görə qocalıq prosesini aldatmaq mümkün deyil. Belə cazibədar qalmasının sirri isə hamıya məlum olan reseptlərdir.
“Bu hər kəsin bildiyi, amma heç kimin dinləmək istəmədiyi məsələdir – düzgün qidalanmaq, idman və yatmaq”, - deyə o, bildirib.
Aktrisa vurğulayıb ki, çəkilişdə olmayanda bəzən özünə istirahət verir – zərərli nəsə yeyir və həddindən artıq pivə içir.




Вернуться назад