Главная > Dünya > Çexiyanın Baş naziri və ailəsi ölümlə hədələnib
Çexiyanın Baş naziri və ailəsi ölümlə hədələnib1-03-2021, 10:00. Разместил: azadses |
Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib. Bu barədə “CNN Prima News” məlumat yayıb. Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır. Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib. Ölkənin hüquq-mühafizə orqanları “Twitter”də faktla bağlı cinayət işinin açıldığını qeyd edib. Bildirilib ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər. Вернуться назад |