Главная > Dünya > Tramp Respublikaçılara onun adından istifadəni qadağan etdi
Tramp Respublikaçılara onun adından istifadəni qadağan etdi8-03-2021, 08:08. Разместил: azadses |
“Reuters” xəbər verir ki, eks-prezident ianə toplamaq üçün göndərilən məktublarda, eləcə də suvenirlərdə onun adından və obrazından istifadə olunmasının dayandırılmasını tələb edir. “Prezident Tramp Respublikaçılar partiyasına və mühafizəkarların seçiminə sadiqdir. Lakin bu heç kimə izn vermir ki, onun icazəsi olmadan adından və obrazından istifadə etsinlər”, - deyə vəkillərin tərtib etdikləri sənəddə deyilir. Qeyd edək ki, Tramp prezident vəzifəsindən getdikdən sonra etdiyi ilk çıxışında demokratları yenidən məğlub edə biləcəyini açıqlayıb. Bununla da o, 2024-cü ildəki prezident seçkilərində iştirakına eyham vurub. Вернуться назад |