Главная > Dünya / Manset > Ermənistanı silkələyən iddia: Kanada “Bayraktar”lar üçün texnikanı sanksiyalara rəğmən Türkiyəyə satıb?
Ermənistanı silkələyən iddia: Kanada “Bayraktar”lar üçün texnikanı sanksiyalara rəğmən Türkiyəyə satıb?14-03-2021, 13:00. Разместил: azadses |
Bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb. Kanada 2019-cu ildə Türkiyəyə bir sıra silah və texnikaların satışına qadağa qoyub. Bunlardan biri də “Bayraktar” PUA-larında tətbiq olunan “L3Harris Wescam” optik texnikası olub. Lakin 2020-ci ildə Kanada Türkiyənin bu texnikadan Suriyada humanitar məqsədlərlə istifadə etdiyi qənaətin gələrək sözügedən cihazın Türkiyəyə satışına istisna hal kimi icazə verib. Erməni mətbuatı hazırda “Bayraktar” PUA-larında da istifadə olunan “L3Harris Wescam” optik texnikasının sanksiyalara baxmayaraq Türkiyəyə necə satıldığını araşdırmağa cəhd edir. Görünür, Türkiyənin Kanada ilə NATO müttəfiqi olduğunu və regionda alyansın ən önəmli dayağı olması faktını unudan Ermənistan, dövlət və diaspora səviyyəsində görülən bütün işlərə, hər vəchlə Türkiyənin yoluna əngəl çıxarmaq istəməsinə baxmayaraq, rəsmi Ankaranın bu məsələdə istədiyini almasını həzm edə bilmir. Вернуться назад |